İrakli Kobaxidze Çinin fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
İrakli Kobaxidze Çinin fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə görüşüb.

Diplomat parlament seçkilərində hakim komandanın qələbəsi və hökumətin yeni tərkibinin təsdiqi münasibətilə hökumət başçısını bir daha təbrik edib.

Görüşdə strateji tərəfdaşlıq haqqında sazişlə təsdiqlənən ikitərəfli əməkdaşlığın inkişafının müsbət dinamikasına diqqət yetirilib.

Söhbət zamanı iki ölkə arasında mövcud siyasi və mədəni əlaqələrə, ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə toxunulub. Anaklia limanı layihəsinin həyata keçirilməsində çinli tərəfdaşların iştirakı vurğulanıb.

Baş nazir iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Çin səfirinə təşəkkür edib.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.