İrakli Kobaxidze - Cinayətkarların Avropa miqyasında sərbəst hərəkət imkanından yararlanması qəbuledilməzdir, onlarla Brüssel və Berlində görüşürlər, buna reaksiya vermək zəruri idi
Cinayətkarların Avropa miqyasında sərbəst hərəkət imkanından yararlanması və onlarla Brüssel və Berlində görüşülməsi qəbuledilməzdir- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidze bildirib ki, buna reaksiya vermək zəruri idi.
“Həm Brüsselə, həm də Berlinə edilən səfərə reaksiya vermək bizim üçün olduqca vacib idi. Təbii ki, cinayətkarların Avropa miqyasında sərbəst hərəkət imkanından yararlanması və cinayətkarlarla, ən ağır cinayətləri törətdiyi aşkarlanan insanlarla Brüssel və Berlində görüşülməsi bizim üçün qəbuledilməzdir. Buna reaksiya vermək zəruri idi.
Xatırladaq ki, Zurab Adeişvili bir sıra cinayətlərə görə mühakimə olunub. Bundan əlavə, onun barəsində əlavə iki ittiham irəli sürülüb. Bunlara biznesin reket edilməsi, telekanalların ələ keçirilməsi, insanlara işgəncə verilməsi, amansız zorakılıqla bağlı ən ağır cinayətlər daxildir. Bunlar ən ağır cinayətlərdir. Belə bir şəxsin Brüsseldə, Berlində nümayəndə heyətinin tərkibində olması bizim üçün qəti şəkildə qəbuledilməzdir. Təbii ki, belə faktlar ictimaiyyətin Avropa bürokratiyasına münasibətinə mənfi təsir göstərir. Gürcüstan cəmiyyəti inanmalıdır ki, Avropa bürokratiyası hüquqi dövlət, qanunun aliliyi və sair kimi prinsip və ideallara sadiqdir. Bundan irəli gələrək, bu fakta reaksiya vermək bizim üçün son dərəcə vacib idi, bu məsələnin müvafiq şəkildə aydınlaşdırılması üçün həm Avropa İttifaqının, həm də Almaniya hökumətinin nümayəndələri ilə müvafiq ünsiyyət olacaq” – deyə İrakli Kobaxidze açıqlayıb.
Gürcüstan hökuməti bu gün Zurab Adeişvilinin Brüssel və Berlinə səfərləri ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunduğu kimi, Zurab Adeişvilinin Avropa İttifaqında və Almaniyada qəbul edilməsi Avropa bürokratiyasının hüquqi dövlət ideyasına sadiq olması ilə bağlı təsəvvürləri sarsıdır.