İrakli Kobaxidze - Bütün mövzularda qərarları ictimaiyyət, mütəxəssislər, sahə nümayəndələri ilə geniş məsləhətləşmələr əsasında qəbul etməliyik
Gürcüstan hökuməti şəffaflıq və hesabatlılıq baxımından hamıya nümunə olmalıdır -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.
O, hökumətin fəaliyyətinin möhkəm prinsiplərə əsaslanmalı olduğunu bildirib.
“Maksimum nəticə əldə etmək üçün hökumətimizin fəaliyyəti olduqca möhkəm prinsiplərə əsaslanmalıdır. Hesab edirəm ki, Gürcüstan hökuməti şəffaflıq və hesabatlılıq baxımından hamıya nümunə olmalıdır. Bizim hər bir qərarımız vətəndaşlar üçün maksimal şəkildə açıq olmalıdır və biz bunu bütün digər dövlət qurumlarından tələb edəcəyik. Eyni zamanda, gördüyümüz işlərin keyfiyyətinin yüksəldilməsinin daim qayğısına qalmalıyıq. Xətaları minimuma endirmək üçün bütün müvafiq keyfiyyətə nəzarət mexanizmlərini gücləndirməliyik. Eyni şey dövlət xidmətlərinin keyfiyyətinə də aiddir. Burada da xidmətlərin keyfiyyəti ilə bağlı vətəndaşların iradlarını minimuma endirməliyik. Ümumiyyətlə, bütün mövzularla bağlı qərarlar ictimaiyyət, mütəxəssislər, sahə nümayəndələri ilə geniş məsləhətləşmələr əsasında qəbul edilməlidir. Biz hər zaman müəyyən qərar qəbul edəndə bu qərarın məzmununu və səbəblərini cəmiyyətə mümkün qədər geniş şəkildə izah etməliyik. Bu, bizim fəaliyyətimizin rəhbər prinsiplərindən biri olmalıdır”- deyə İrakli Kobaxidze açıqlayıb.