İrakli Kobaxidze - bugünkü gün nəhayət sözdə qeyri-rəsmi idarəçiliklə bağlı bütün spekulyasiyalarla son qoydu
“Bugün qeyri-rəsmi idarəçiliklə bağlı hər cür spekulyasiyalar üçün məkan başa çatıb”, – “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə görə, Bidzina İvanişvilinin özünün dediyi məsləhət vermək məsələsi tamamilə sağlam bir hadisədir.
“Əgər qeyri-rəsmi idarəçilik var idisə, onun geri qayıtması nəyə lazım idi? Burada hər şey aydındır. Bugünkü qərar sübut etdi ki, ölkəmizdə qeyri-rəsmiyyətə yer yoxdur. Məsləhət verməyə gəlincə, istənilən ölkədə bu tamamilə sağlam bir işdir. Məsləhət vermək qeyri-rəsmi idarəçilik demək deyil. Bugünkü gün nəhayət sözdə qeyri-rəsmi idarəçiliklə bağlı bütün spekulyasiyalarla son qoydu ”, Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə görə, “müxalifət dağıldığı zaman onun hakim komandanın fəaliyyətinə nəzarət etmək imkanı olmur, belə bir zamanda təbii olaraq risklər yaranır və bu, Bidzina İvanişvilinin çıxışında da qeyd olunub”.
“Söhbət cənab Bidzinanın işarə etdiyi ümumi risklərdən gedir və bu həm də cənab Bidzinanın qərarına səbəb olan çox mühüm amildir”, – Kobaxidze qeyd edib.
Müəllif -
Mehemmed Bayramaliyev