İrakli Kobaxidze - bugün çox yaxşı göstəricilərimiz var, status aldıqdan sonra reytinqimiz 60 faizə yüksəlib, vəzifəmiz bu nəticəni daha da gücləndirməkdir
İrakli Kobaxidze - bugün çox yaxşı göstəricilərimiz var, status aldıqdan sonra reytinqimiz 60 faizə yüksəlib, vəzifəmiz bu nəticəni daha da gücləndirməkdir

Bugün çox yaxşı göstəricilərimiz var, status aldıqdan sonra reytinqimiz 60 faizə yüksəlib, vəzifəmiz bugün əldə etdiyimiz bu nəticəni qorumaq və daha da gücləndirməkdir”, – “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, idarəetmə komandasının qarşısında duran ilk vəzifə ölkənin inkişafıdır.

“Bizim üçün əsas vəzifə ölkə və əhalinin qarşısında duran problemləri həll etməkdir, iqtisadi və sosial məsələlər prioritet olacaq. Hökumət, parlament, hər bir dövlət orqanı bunun üzərində çox fəal işləyəcək. Birinci vəzifə ölkənin inkişafının qayğısına qalmaq olmalıdır”, – Kobaxidze bildirib.