İrakli Kobaxidze Budapeştdə, Avropa Siyasi Birliyinin beşinci görüşünün açılış sessiyasında iştirak edib [şəkil]
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin beşinci görüşünün açılış sessiyasında iştirak edib.
Ev sahibi ölkənin, Avropa İttifaqı Şurasının sədri olan Macarıstanın Baş naziri Viktor Orban sammitin açılışını edib.
Gürcüstan hökuməti tərəfindən yayılmış məlumata əsasən, baş nazir Avropa Siyasi Birliyinin Beşinci Sammiti çərçivəsində əsas mövzusu iqtisadi təhlükəsizlik və əlaqələndiricilik olan tematik müzakirədə iştirak edəcək. Həmçinin, sammitin yekun plenar sessiyasında İrakli Kobaxidzenin çıxışı planlaşdırılır.