İrakli Kobaxidze - Bu il iki-üç min ali məktəb məzununun dövlət strukturlarında ən azı dörd aylıq ödənişli stajdan keçməsini təmin etməliyik
Bildiyiniz kimi, parlament keçən il gənclərə ödənişli stajdan keçmə imkanının verilməsi haqqında qanun qəbul edib. Qanunun effektiv icrasına ehtiyac var və mən öz qərarımı sizə bildirmək istərdim ki, qanunun icrasına artıq bu ildən pilot rejimdə başlanılacaq-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında açıqlayıb.
Baş nazir bildirib ki, bu il iki-üç min ali məktəb məzununun dövlət strukturlarında ən azı dörd aylıq ödənişli stajdan keçməsi təmin edilməlidir.
“Bundan əlavə, munisipalitetlər və özəl sektorla əməkdaşlıq əsasında gənclərə munisipal və özəl strukturlarda da ödənişli stajdan keçmək imkanı verməliyik. Təhsil nazirindən xahiş edərdim ki, maliyyə naziri ilə razılaşdırmaqla hökumətin növbəti iclası üçün gənclərin, məzunların həm dövlət strukturlarında, həm də munisipalitetlərdə, eləcə də əməkdaşlıq əsasında özəl sektorda ödənişli stajdan keçəcəkləri haqqında müfəssəl plan təqdim etsin”– deyə İrakli Kobaxidze açıqlayıb.