İrakli Kobaxidze bu gün Brüsseldə Roberta Metsola və Yens Stoltenberqlə görüşəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsselə səfəri çərçivəsində Avropa Parlamentinin Prezidenti Roberta Metsola və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüş keçirəcək.
İrakli Kobaxidze ilə Avropa Parlamentinin Prezidenti Roberta Metsola arasında keçiriləcək görüşdə namizəd statusunun verilməsinin Gürcüstana gətirdiyi yeni addımlar və imkanlar müzakirə olunacaq.
Bu gün həm də ikitərəfli görüşlərdən əlavə, Şimali Atlantika Şurası çərçivəsində NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək. İclasdan sonra Yens Stoltenberq və İrakli Kobaxidze birgə bəyanatlarla çıxış edəcəklər.
İrakli Kobaxidzenin Brüsselə səfəri fevralın 20-də başlayıb. Gürcüstanın Baş naziri Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell, Avropa komissarı Oliver Varhey və Avropa Şurasının Prezidenti Şarl Mişel ilə artıq görüşlər keçirib.