İrakli Kobaxidze - bu 7 minlik aksiya fonunda bu tələblərin irəli sürülməsi real deyil
Bu gün hamı hər şeyi yaxşıca gördü. Pik zamanı yeddi minə qədər insan var idi və bu insanların sayı saniyəölçənin söndürülməsinə qədər azalmışdı, təxminən üç minə qədər, ola bilsin 2 500-ə qədər insan durudu həmin vaxt aksiyada, – bu barədə “Gürcü Arzusunun” icra direktoru, İrakli Kobaxidze bu gün keçirilən brifinqdə bəyan etdi.
Onun dediyinə görə, qeyd olunan say real idi.
“Onlara aksiyanın başa çatması zamanı həmişə çıxış yeri lazım gəlir və bu çıxış yeri MSK oldu. Mərkəzi Seçki Komissiyası qaşısına gedəcəklər. Sonra necə davam etdirəcəklər bilmirəm. Bu 7 minlik aksiya fonunda bu tələblərin irəli sürülməsi real deyil. Bu vəziyyətdən müxalifət bizim yardımızla çıxacaq. Bunda ümidimiz var ki, beynəlxalaq partnyorlarımız yardım edəcəklər”, – Kobaxidze bəyan etdi.