İrakli Kobaxidze - Brüsseldə ölkəyə, nümayəndə heyətinə münasibətdə xüsusi xoşməramlılıq ifadə edildi, Cozef Borrell Assosiasiya Şurasının iclasını indiyə qədər keçirilən ən yaxşı iclas kimi qiymətləndirdi
İrakli Kobaxidze - Brüsseldə ölkəyə, nümayəndə heyətinə münasibətdə xüsusi xoşməramlılıq ifadə edildi, Cozef Borrell Assosiasiya Şurasının iclasını indiyə qədər keçirilən ən yaxşı iclas kimi qiymətləndirdi

 
Brüsseldə keçirilən bütün görüşlərdə tərəfdaşların ölkəmizə və nümayəndə heyətinə münasibətdə xüsusi xoşməramlılığı ifadə edildi, Cozef Borrell bizimlə söhbətində Aİ-Gürcüstan Assosiasiya Şurasının iclasını indiyə qədər keçirilən ən yaxşı iclas kimi qiymətləndirdi-bu haqda Gürcüstanın Baş naziri, İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında açıqlayıb.

Baş nazir Gürcüstanın maraqlarını effektiv şəkildə təmsil etdiklərinə görə hökumət üzvlərinə: Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, vitse baş nazir cənab Levan Davitaşviliyə, Gürcüstanın müdafiə naziri, vitse baş nazir İrakli Çikovaniyə, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşviliyə, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri xanım Tea Axvledianiyə minnətdarlığını ifadə edib.

“Fikrimcə, Brüsselə edilmiş səfər Avropa İttifaqı və NATO ilə tərəfdaşlığımızın dərinləşməsi baxımından olduqca mühüm müsbət rol oynayacaq.

Bildiyiniz kimi, səfər çərçivəsində Avropa Şurasının Prezidenti cənab Şarl Mişel, Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının ali nümayəndəsi cənab Cozef Borrell, genişlənmə məsələləri üzrə Avropa komissarı, cənab Oliver Varhey, humanitar yardım və böhran məsələləri üzrə Avropa komissarı, cənab Yanez Lenarçiç, Avropa Parlamentinin Prezidenti, xanım Roberta Metsola və NATO-nun baş katibi cənab Yens Stoltenberq ilə ikitərəfli görüşlər baş tutdu. Səfər çərçivəsində Avropa İttifaqı-Gürcüstan Assosiasiya Şurasının və NATO-Gürcüstan Komissiyasının iclasları keçirildi.

Bütün görüşlərdə tərəfdaşların ölkəmizə və nümayəndə heyətinə münasibətdə xüsusi xoşməramlılığı ifadə edildi və buna görə də onlara təşəkkür etmək istərdim.

Bizimlə söhbətində cənab Cozef Borrell Aİ-Gürcüstan Assosiasiya Şurasının iclasını indiyə qədər keçirilən ən yaxşı iclas kimi qiymətləndirdi. NATO-Gürcüstan Komissiyasının iclası da olduqca işgüzar və müsbət keçdi.

Görüşlərdə həm əməkdaşlığın ümumi istiqamətlərinə, həm də bu gün Aİ-yə üzv dövlətlərin və onların vətəndaşlarının bəhrələndikləri və ölkəmizə isə Avropa İttifaqına qoşulmazdan əvvəl də praktiki üstünlüklərdən yararlanmaq imkanı verəcək konkret təşəbbüslərə toxunulub.

Bu baxımdan, avropalı tərəfdaşların Gürcüstanın vahid Avropa hesablaşma sisteminə inteqrasiyası və Gürcüstan vətəndaşları üçün rouminq və mobil internet xərclərinin azaldılması ilə bağlı açıq vədlərini xüsusilə ayırardım.

Gürcü nümayəndə heyəti adından Gürcüstan hökumətinin üzvlərinə-Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, vitse baş nazir cənab Levan Davitaşviliyə, Gürcüstanın müdafiə naziri, vitse baş nazir İrakli Çikovaniyə, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşviliyə, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri xanım Tea Axvledianiyə ölkəmizin maraqlarını səmərəli şəkildə təmsil etdiklərinə görə təşəkkür etmək istərdim.

Brüsselə səfər Gürcüstanın Avropa İttifaqına inteqrasiya istiqamətində sürətlə irəlilədiyinə dair nikbinliyə əsas verir. Brüsseldə dediklərimi bir daha təkrar etmək istərdim – 2030-cu ilə qədər Gürcüstan həm demokratik, həm də iqtisadi baxımdan Avropa İttifaqına daxil olmağa ən yaxşı şəkildə hazırlanmış ölkə olacaq. Gürcüstan hökuməti bu vəzifəni yerinə yetirmək üçün səylərini əsirgəməyəcək” – deyə İrakli Kobaxidze bildirib.