İrakli Kobaxidze - böyük şans mövcuddur ki, 2023-cü ildə bizə namizəd statusu verilsin, heç bir tarixi şansı itirməmişik, bu spekulyasyadır
İrakli Kobaxidze - böyük şans mövcuddur ki, 2023-cü ildə bizə namizəd statusu verilsin, heç bir tarixi şansı itirməmişik, bu spekulyasyadır

Biz 2024-cü ildə müraciət etməyi planlaşdırırdıq və oradan iki il sonra namizəd statusunun veriləcəyini gözləyirdik, standart təcrübə ilə nəzərdə tutulduğu kimi, – bu barədə “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze “İmedi” telekanalının efirində bəyan etdi.

Elə onun dediyinə görə, böyük şans mövcuddur ki, 2023-cü ildə Gürcüstana namizəd statusu verilsin.

“Plan belə idi, 2024-cü ildə müraciətin daxil edilməsi və 2016-cı ildə statusun alınması. Görürük ki, bu hər halda tezləşdirildi. Söhbət 2023-cü ildən gedir və ümid edirəm ki, gələn il artıq statusu alacağıq. Heç bir tarixi şansı itirməmişik, bu spekulyasyadır. Avropa İttifaqı Moldova və Ukrayna üçün də eyni 12 müddəa müəyyənləşdirdi. Vəziyyət reallıqda tamamilə eynidir. Yeganə fərq odur ki, bu müddəaları yerinə yetirdikdən sonra bizə namizəd statusu veriləcək. Ukrayna və Moldova həmin müddəaları yerinə yetirməsə, onların statusuna yenidən baxıla bilər”, – İrakli Kobaxidze  bəyan etdi.