İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək

12:01, 20.09.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək. Gürcüstan hökumətinin başçısı Baş Assambleyanın sessiyasındakı ümumi müzakirələrdə sentyabrın 24-də çıxış edəcək.

Gürcüstan Hökuməti Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Nyu-Yorka səfəri çərçivəsində Baş nazir, həmçinin “Çoxtərəfli Tərəfdaşlıq” sammitində və Finlandiyanın təşkilatçılığı ilə sülh mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirəsində iştirak edəcək.

Həmçinin İrakli Kobaxidzenin müxtəlif dövlətlərin liderləri və BMT-nin Baş katibi Antonio Quterreş ilə ikitərəfli görüşləri planlaşdırılır.

Gürcüstanın baş naziri baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə Nyu-Yorka səfər edib.

Oxşar