İrakli Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək
İrakli Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək.

Hökumət başçısı sentyabrın 22-26-da Amerika Birləşmiş Ştatlarına səfər edəcək. Nyu-Yorka səfəri çərçivəsində İrakli Kobaxidze Almaniya Federativ Respublikasının kansleri Olaf Şolz və Namibiya prezidenti Nangolo Mbumbanın təşkilatçılığı ilə keçiriləcək “Gələcək sammiti”ndə iştirak edəcək.

Gürcüstanın baş nazirinin Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Qutyerres ilə görüşü planlaşdırılır.

Hökumət başçısı ABŞ prezidenti Co Bayden və xanımı Cil Bayden adından Baş Assambleyanın 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək.