İrakli Kobaxidze – bizim vəzifəmiz ölkəmizi korrupsiyanın olmaması baxımından ilk üç Avropa ölkəsi sırasına daxil etməkdir

11:56, 31.03.2024

Korrupsiyaya qarşı mübarizə əsas prioritetlərdən biridir, tapşırıqdır, bu, bizim iddialı məqsədimizdir”, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstan korrupsiyanın olmaması baxımından qabaqcıl ölkə olmaq ambisiyasına malikdir.

“Parlamentdəki çıxışım zamanı bildirdim ki, bugünkü göstəricilər yaxşıdır, lakin bununla kifayətlənmək lazım deyil. Bizim vəzifəmiz ölkəmizi korrupsiyanın olmaması baxımından ilk üç Avropa ölkəsi sırasına daxil etməkdir. Bu tapşırığın yerinə yetirilməsində büronun xüsusi rolu var”, – deyə Kobaxidze bildirib.

Oxşar