İrakli Kobaxidze - bizim vəzifəmiz depolarizasiyanı təmin etməkdir, Avropa Komissiyasının yekun sənədində təqdim olunan bəndə uyğun hərəkət edəcəyik, geridə qalan radikal müxalifətin seçimidir
İrakli Kobaxidze - bizim vəzifəmiz depolarizasiyanı təmin etməkdir, Avropa Komissiyasının yekun sənədində təqdim olunan bəndə uyğun hərəkət edəcəyik, geridə qalan radikal müxalifətin seçimidir

 

Bizim vəzifəmiz depolarizasiyanı təmin etməkdir, Avropa Komissiyasının yekun sənədində təqdim olunan bəndə uyğun hərəkət edəcəyik, geridə qalan radikal müxalifətin seçimidir -bu barədə parlament çoxluğunun lideri, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Müxalifətin depolarizasiyaya son qoyulması tələbinə qoşulmaqla bağlı verdiyi bəyanatların onların atdığı addım olub-olmaması ilə bağlı ünvanlanan suala, İrakli Kobaxidze cavabında müxalifətin Avropa Komissiyasının hesabatı dərc olunan kimi qütbləşmənin qayğısına qalmağa başladığını bildirib.

“Avropa Komissiyasının ilk tələbi məhz depolarizasiya ilə bağlı idi və bu hesabatın dərcindən sonra ilk dəqiqələrdəcə onlar əksinə, qütbləşməyə qayğı göstərməyə başladılar və bu günə qədər bu istiqamətdə addımlar atmağa davam edirlər ki, bu da onların istəyidir və olduqca pisdir. Bizim vəzifəmiz təbii ki, depolarizasiyanı təmin etməkdir. Biz əvvəldən axıra kimi Avropa Komissiyasının hesabatında qeyd olunan bəndə uyğun hərəkət edəcəyik. Geridə qalanı isə radikal müxalifətin seçimidir. İstədikləri kimi davranacaqlar. Biz, təbii ki ölkəmizin maraqlarına uyğun olan gündəmlə hərəkət edəcəyik”- deyə İrakli Kobaxidze bildirib.