İrakli Kobaxidze - bizim ümumi məqsədimiz var ki, Gürcüstanda narkotiklərin istifadəsini azaldaq
Gürcüstan parlamentində, narkosiyasətin müzakirəsinə hər bir maraqlanan şəxs cəlb olunacaq, – bu barədə parlamentin sədri, İrakli Kobaxidze bəyan etdi.
Elə onun dediyinə görə, Patriarxın epistoliyasında olan ismarıclar, narkosiyasətin müzakirəsi zamanı nəzərə alınacaqdır.
“Biz narkosiyasət üzrə fəal işləyirik, əminəm ki, hamımızın ümumi məqsədimiz var. Məqsədimiz isə, Gürcüstanda narkotiklərin istifadəsini azaldmaqdır. Bu bir nömrəli məqsəddir və həmçinin narkosiyasət çərçivəsində hüquqlar müdafiə olunmalıdır.
Bu əsas iki məqsəddir, əsas odur ki, bu iki məqsədə nail olmaq üçün ən yaxşı yolun seçilməsində razılığa gəlməkdir.
Bizim Gürcüstan parlamentində müzakirələrimiz olacaqdır. Müzakirəyə müxtəlif marqalanan şəxslər cəlb olunacaqlar. Sözsüz ki, Patriarxın epistoliyasında olan ismarıclar, narkosiyasətin müzakirəsi zamanı nəzərə alınacaqdır”, – İrakli Kobaxidze bəyan etdi.
Epistoliyada qeyd olunub ki, insan çalışır bu reallıqdan qaçsın, lakin yolunu itirmiş, çıxış yolunun əsasən narkotikin istifadəsində görür, bununla isə, vəziyyərini daha da ağırlaşdırır.