İrakli Kobaxidze - bizim parlament seçkilərində qələbəmiz qaçılmazdır, müxalifətin heç bir uğur əldə etmək şansı yoxdur, bütün bu vəziyyəti özləri yaradıblar
Bu parlament seçkilərində qələbəmiz qaçılmazdır, – “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, müxalifətin seçkilərdə uğur qazanmaq şansı yoxdur.
“2024-cü ildə vəzifəmiz ölkəni daha da irəli aparmaqdır. Parlament seçkiləri də daxil olmaqla, mühüm il olacaq. Əminik ki, ölkədə sülh və tərəqqi qorunacaq. Biz buna cavabdehik və bu il də bu məsuliyyətlə hərəkət edəcəyik.
Bu parlament seçkilərində qələbəmiz qaçılmazdır. Bu gün göstəricilərimiz 60 faizə yaxındır. Ona görə də müxalifətin bu seçkilərdə heç bir uğur qazanmaq şansı yoxdur. Bütün bu vəziyyəti özləri yaradıblar”, – Kobaxidze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev