İrakli Kobaxidze - bizim əsas milli çağırışımız Rusiya ilə əlaqədardır və bu, Gürcüstanın tarixi bölgələrinin işğalıdır
Gürcüstan üçün önəmlidir ki, Rusiya ilə münasibətdə açıq-aydın siyasəti olsun, bizim əsas milli çağırışımız Rusiya ilə əlaqədardır və bu, Gürcüstanın tarixi bölgələrinin işğalıdır, – bu barədə parlamentin sədri, İrakli Kobaxidze Tbilisidə keçirilən beynəlxalq konfransda bəyan etdi.
Onun dediyinə görə, bu problemin həlli qısamüddətli perspektivdə mümkün deyil, lakin ardıcıl siyasətlə nəhayət əsas milli problem həll olunacaq.
“Bu baxımından qərbli dostlarımzla əməkdaşlıq önəmli rol oynayır. Bilirik ki, bu problemin həlli qısamüddətli perspektivdə mümkün deyil, lakin inanırıq ki, ardıcıl siyasətlə nəhayət əsas milli problem həll olunacaq”, – Kobaxidze qeyd etdi.
Parlamentin sədrinin açıqlamasına görə, Gürcüstan indi Rusiya ilə praqmatik siyasəti həyata keçirir.
Onun dediyinə görə, son dövrdə Moldovalı və Ukraynalı partnyorlarla danışıqlar baş tutdu, strateji komunikasiyaların birgə mərkəzinin yaradılması planlaşdırılıb ki, onun da əsas məqsədi təbliğata qarşı mübarizə olacaq.
Elə onun açıqlamasına görə, Gürcüstanın Ermənistan, Azərbaycan və Türkiyə ilə yaxşı əlaqələri var.