İrakli Kobaxidze - bizə namizəd statusu veriləcəyinə ümid edirəm, ictimaiyyət keçən il çox məyus olmuşdu, eyni şey dekabrda da baş versə, təbii ki, ictimaiyyətin məyusluğuna səbəb olacaq
İrakli Kobaxidze - bizə namizəd statusu veriləcəyinə ümid edirəm, ictimaiyyət keçən il çox məyus olmuşdu, eyni şey dekabrda da baş versə, təbii ki, ictimaiyyətin məyusluğuna səbəb olacaq

 
Bizə namizəd statusu və Gürcüstan üçün müsbət qərar veriləcəyinə ümid edirəm – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze mətbuat konfransında danışıb.

O, nəzəri olaraq hadisələrin ölkənin namizəd statusu ala bilməyəcəyi yönündə inkişaf edəcəyi təqdirdə, bunu ictimaiyyətə açıqlamağın olduqca çətin olacağını bildirib.

“Əvvəla, nikbinliyimi ifadə edirəm, dekabrda fərqli qərar veriləcəyinə ümid edirəm. Nəzəri cəhətdən hadisələrin bu şəkildə inkişaf edəcəyi təqdirdə, təbii ki, bunu ictimaiyyətə açıqlamaq olduqca çətin olacaq. Keçən il, iyunda ictimaiyyət olduqca məyus idi və eyni şey dekabrda da olsa, təbii ki, ictimaiyyətin məyus olmasına səbəb olacaq. Təbii ki, belə bir mümkün qərarla bağlı ola biləcək bütün detalları müzakirə edəsi olacağıq, siyasi risklər var, biz bu gün bu siyasi risklərdən danışmaqdan çəkinirik. Gələcəkdə mənfi qərar verilərsə, bütün mövzuları ictimaiyyətlə müzakirə etməli olacağıq. Bizə namizəd statusu və Gürcüstan üçün müsbət qərar veriləcəyinə ümid edirəm”- deyə İrakli Kobaxidze açıqlayıb.