İrakli Kobaxidze - Biz sülh siyasətini elan etmişik və bu prioritetimizə müvafiq şəkildə hərəkət edirik
“Biz sülh siyasətini elan etmişik və əlbəttə ki, bu prioritetimizə müvafiq şəkildə hərəkət edirik”, – bu barədə bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze işğal altında olan Abxaziyanın sabiq “baş naziri” Sergey Şambanın müsahibəsi ilə bağlı verdi.
Gürcüstan parlamentinin sədri qeyd etdi ki, münaqişə zonalarındaki insanlar arasındaki münasibətlərin inkişafı üçün, gürcü tərəfinin hazırladığı təşəbbüsünın həyata keçirilməsinə Rusiya sünii baryerlər yaradır.
Xatırladaq ki, işğal edilmiş Abxaziyanın sabiq “baş naziri” Sergey Şamba “Exo Moskvı” ilə müsahibə zamanı Gürcüstan və işğal altında olan Abxaziya arasındaki münasibətlər haqqında danışdı və Gürcüstanla dialoqa başlamağın zamanı gəldiyini bəyan etdi.