İrakli Kobaxidze - biz rahatlamaq niyətində deyilik, son məqsəd Avropa İttifaqına üzv olmaqdır və bu məqsədə çatmaq üçün hər şey ediləcək
İrakli Kobaxidze - biz rahatlamaq niyətində deyilik, son məqsəd Avropa İttifaqına üzv olmaqdır və bu məqsədə çatmaq üçün hər şey ediləcək

 
Biz rahatlamaq niyətində deyilik, yekun olaraq Avropa İttifaqına üzv ola bilməyimiz üçün irəlidə qət ediləsi yol var -bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.

O bildirib ki, Gürcüstanın ən qısa müddətdə Avropaya inteqrasiya istiqamətində irəliləməsi üçün hər şey ediləcək.

“Avropa İttifaqının təqdim etdiyi və yaxın gələcəkdə yerinə yetirilməsi gərəkən doqquz prioritet var. Təbii ki, ən qısa zamanda Avropaya inteqrasiya istiqamətində irəliləmək, Gürcüstan üçün danışıqların açılması naminə hər şey ediləcək və son məqsəd, təbii ki, Avropa İttifaqına daxil olmaqdır. Bu məqsədə çatmaq üçün hər şey ediləcək” – deyə İrakli Kobaxidze açıqlayıb.