İrakli Kobaxidze - biz idarəçiliyi dövründə bir dənə də olsun müharibənin olmadığı ilk hakimiyyətik, dırnaq arası anti-rus hakimiyyəti ölkəni idarə edərkən ərazilərin 20 faizi Rusiyaya təhvil verildi
Dırnaq arası anti-rus hakimiyyəti ölkəni idarə edərkən ərazilərin 20 faizi Rusiyaya təhvil verildi-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, ölkə “Gürcü Arzusu” hakimiyyəti dövründə ərazi itirməyib.
“Biz on ildir hakimiyyətdəyik və idarəçiliyi dövründə bir dənə də olsun müharibənin olmadığı və Rusiyanın ərazi baxımından irəliləyiş göstərmədiyi ilk hakimiyyətik. “Milli Hərəkat” ın hakimiyyəti dövründə 20 faiz Rusiya Federasiyasına təhvil verildi, dırnaq arası anti-rus hakimiyyəti ölkəni idarə edərkən ərazilərin 20 faizi Rusiyaya təhvil verildi. Hakimiyyətdə olduğumuz dövrdə hər şeyi diqqətlə öyrənirik, müşahidə edirik və müvafiq reaksiya veririk”- deyə Kobaxidze bildirib.