İrakli Kobaxidze - Biz hökumət olaraq birmənalı olaraq Avropapərəstliyimizi əməllərimizlə təsdiqləmişik və gələcəkdə Gürcüstanın Avropa İttifaqına daxil olması üçün hər şeyi edəcəyik
Hökumət olaraq biz birmənalı olaraq Avropayönlüyük, bunu öz fəaliyyətimizlə təsdiqləmişik, çox konkret addımlarla ölkəni Avropa İttifaqına yaxınlaşdıra bilmişik. – Gürcüstanın baş naziri İrakli Kobaxidze Euronius-a müsahibəsində belə deyib.
Hökumət başçısı qeyd edib ki, hökumət gələcəkdə Gürcüstanın Aİ-yə üzv olması üçün hər şeyi edəcək və müxalifətin bu məsələdə manipulyasiyaları yersizdir.
“Müxalifətin bu cür manipulyasiyası yersizdir. Bu, onların seçimidir, onların işidir, hamısı demokratiyanın bir hissəsidir. Gələcəkdə biz Gürcüstanın Avropa İttifaqına daxil olması üçün hər şeyi edəcəyik”, – baş nazir bildirib.
Baş nazirlə müsahibə bu gün Tbilisi vaxtı ilə saat 23:00-da Euronius telekanalında yayımlanacaq.