İrakli Kobaxidze - biz həmişə bölgədə sülhün və sabitliyin təmin olunmasına maksimum töhfə verməyə çalışmışıq və gələcəkdə də davam edəcəyik
İlham Əliyevlə görüşdə çox xoş və səmərəli söhbətimiz oldu. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müxtəlif məsələləri müzakirə etdik, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda, Zaqulba sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə bəyanatında bildirib.
Bununla yanaşı, Kobaxidzenin qeyd etdiyi üzrə, təkbətək görüşdə qlobal-siyasi və bölgədə mövcüd proseslərdən bəhs edilib.
“Bütün bu məsələlərdə iki ölkə arasında tərəfdaşlıq və əməkdaşlıq çox vacibdir. Sülh və sabitlik xüsusi diqqət tələb edən bir şeydir. Bizim ölkənin münasibəti həmişə belə olub. Biz həmişə bölgədə sülhün və sabitliyin təmin olunmasına mümkün qədər töhfə verməyə çalışmışıq. Təbii ki, biz gələcəkdə də bu yanaşma ilə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə İrakli Kobaxidze bildirib.