İrakli Kobaxidze – biz həm Gürcüstan, həm də bölgə üçün imkanlar yaradırıq, bu prosesdə bizim başlanğıc nöqtəmiz həmişə gürcü xalqı və onun rifahıdır
Biz cari il də iqtisadi artım tempini qoruyub saxlamağa davam edirik ,2024-cü ilin birinci rübündə artım 7,8% təşkil etdi, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Asiya İnkişaf Bankının(AİB) 57-ci illik iclasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Baş nazirin qeyd etdiyinə əsasən, qeyd etmək vacibdir ki, son bir il ərzində inflyasiya 3%-dən az olub, son üç rüb ərzində isə bu göstərici 1%-i keçmir.
“Qürurla qeyd etmək istərdim ki, biz həm Gürcüstan, həm də bütövlükdə bölgə üçün imkanlar yaradırıq və bu prosesdə bizim başlanğıc nöqtəmiz həmişə gürcü xalqı və onun rifahıdır. Bu kontekstdə bizim ən mühüm nailiyyətimiz ondan ibarətdir ki, mövcud çağırışlara baxmayaraq, biz fiskal və makroiqtisadi sabitliyi qoruyub saxlaya bildik. Pandemiyadan sonrakı dövrdə Gürcüstanda ikirəqəmli iqtisadi artım qeydə alındı və üç ilin orta göstərici isə 9,7% təşkil etdi. Biz cari il də iqtisadi artım tempini qoruyub saxlamağa davam edirik, 2024-cü ilin birinci rübündə artım 7,8% təşkil etdi. Qeyd etmək vacibdir ki, son bir il ərzində inflyasiya 3%-dən az olub, son üç rüb ərzində isə bu göstərici 1%-i keçmir. Onu da qeyd etmək lazımdır ki, Beynəlxalq Valyuta Fondu (BVF) və beynəlxalq reytinq şirkəti “Moody’s” Gürcüstan iqtisadiyyatının artımı ilə bağlı müsbət proqnozlar verir”, – deyə baş nazir bildirib.