İrakli Kobaxidze - Biz əminik ki, sülh və inkişaf qorunacaq, bunun yeganə təminatı “Gürcü arzusu”dur, fəaliyyət məlumatları da konstitusiya çoxluğunun əldə edilməsinin real olduğunu göstərir
İrakli Kobaxidze - Biz əminik ki, sülh və inkişaf qorunacaq, bunun yeganə təminatı “Gürcü arzusu”dur, fəaliyyət məlumatları da konstitusiya çoxluğunun əldə edilməsinin real olduğunu göstərir

“Gürcü arzusu”nun seçki qərargahının rəhbəri, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, oktyabrın 26-da keçiriləcək seçkilər ölkə üçün çox prinsipialdır.

Kobaxidzenin “Gürcü arzusu” ofisində keçirilən brifinqdə qeyd etdiyi kimi, seçicilərin yüksək fəallığı vacibdir.

“Bu seçkilərdə ölkədə hadisələrin inkişafı üçün radikal müxalifətin təklif etdiyi ssenari üzrə proseslər getsə, ölkənin hansı istiqamətdə inkişaf edəcəyi, o cümlədən sülhü qoruyub saxlaya bilməyəcəyimizə qərar veriləcək. Əminik ki, əmin-amanlıq qorunacaq, ölkənin tərəqqisi və inkişafı təmin olunacaq. Bu ölkədə bunun yeganə təminatı “Gürcü arzusu” siyasi birliyimizdir. Bizim qarşımızda nəinki Gürcüstan parlamentində sadə səs çoxluğu əldə etmək kimi iddialı vəzifə var, həm də bizim arzumuz konstitusiya çoxluğu əldə etməkdir. İlkin məlumatlara görə, bu, tamamilə real işdir. Bugünkü fəaliyyət məlumatları da göstərir ki, konstitusiya çoxluğunun əldə olunması tamamilə realdır, qalan şey ilk növbədə seçicinin fəallığından asılıdır, hər bir seçicinin səsi, yüksək fəallığı vacibdir ki biz konstitusiya çoxluğunu əldə edə bilək, bu, ölkənin sabit, uzunmüddətli inkişafı üçün ən möhkəm təminat olacaq”. – İrakli Kobaxidze dedi.