İrakli Kobaxidze - biz əminik ki, bizim siyasətimizlə sonda gürcülərin arzusunu həyata keçirmək mümkün olacaq, Gürcüstan vahid dövlət olacaq
İrakli Kobaxidze - biz əminik ki, bizim siyasətimizlə sonda gürcülərin arzusunu həyata keçirmək mümkün olacaq, Gürcüstan vahid dövlət olacaq

Əminik ki, bizim siyasətimizlə sonda Gürcüstanın arzusunu, gürcülərin arzusunu reallaşdırmaq mümkün olacaq və Gürcüstan vahid, bütöv dövlət olacaq”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbulda çıxışı zamanı bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, son dörd il dövlətçiliyin inkişafında xüsusilə mürəkkəb olub.

“Bu dörd il ərzində biz sülhün nə qədər vacib olduğunu, dövlət müstəqilliyinin, dövlət suverenliyinin nə qədər vacib olduğunu daha da güclü hiss etdik. Bu dörd il ərzində biz sülhü qorumaq, dövlət müstəqilliyimizi, suverenliyimizi möhkəmləndirmək üçün bir çox mübarizədən keçdik və bu mübarizə çox uğurlu keçdi. Əminəm ki, biz gələcəkdə də düzgün istiqamətdə möhkəm addımlayacağıq, müstəqilliyimizi, suverenliyimizi bundan sonra da möhkəmləndirəcək, ölkəmizdə əmin-amanlığı qoruyub saxlayacağıq ki, bu da Gürcüstanın inkişafı üçün zəruri şərtdir.

Bizim arzularımız var və əsas arzu ölkəmizin bütöv etmək və birləşdirməkdir və bu nöqtey-nəzərdən Almaniyada bu mövzudan danışmağımız simvolikdir. Almaniya səbirlə öz ölkənizi necə bütöv edə biləcəyinizin rəmzidir. Almaniya onilliklər ərzində səbirlə birləşməyi, bütöv olmayı gözləyirdi və sonunda, 1989-cu ildə almanlar bu arzuya çatdılar. Bizim də strateji səbirli siyasətimiz var və əminik ki, bizim siyasətimizlə sonda Gürcüstanın arzusunu, gürcülərin arzusunu reallaşdırmaq mümkün olacaq və Gürcüstan vahid, bütöv dövlət olacaq”- Baş nazir bildirib.