İrakli Kobaxidze - Biz deyirdik ki, namizəd statusu üçün 50/50 şans var idi, lakin bu gün vəziyyət kökündən dəyişib, praktiki olaraq, müsbət qərar artıq yetişmək üzrədir
İrakli Kobaxidze - Biz deyirdik ki, namizəd statusu üçün 50/50 şans var idi, lakin bu gün vəziyyət kökündən dəyişib, praktiki olaraq, müsbət qərar artıq yetişmək üzrədir

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, o, Avropa İttifaqı üzvlüyünə namizəd statusu ilə bağlı müsbət qərar gözləyir.

Kobaxidzenin sözlərinə görə, müsbət qərar yetişmək üzrədir və o, bu prosesin layiqincə sona çatdırılacağına ümid edir.

“Biz həmişə deyirdik ki, 50/50 şans var, amma bu gün vəziyyət kökündən dəyişib. Ölkəmizin xeyrinə müsbət qərar getdikcə yetişir. Bu prosesin layiqincə yekunlaşacağına ürəkdən ümid edirik. Praktiki olaraq namizəd  statusunun qəbulu ilə bağlı qərar artıq yetişir”, – deyə İrakli Kobaxidze qeyd edib.