İrakli Kobaxidze - Biz 2012-ci ildə əldə etdiyimiz nailiyyətləri qoruyuruq
“Biz 2012-ci ildə əldə etdiyimiz əsas nailiyyətlərimizi qoruyuruq – bunlar demokratiya, azadlıq, insan hüquqlarının qorunmasıdır və biz sadəcə əldə etdiyimiz nəticələri qorumaqla qalmırıq və həmçinin, onları daha da möhkəmləndirməyə çalışırıq” – bu bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, Mtsxetada “Gürcü Arzusu – demokratik Gürcüstan” adlı regional konfransda verdi.
Çıxış edərkən, İrakli Kobaxidze bəyan etdi ki, Gürcüstanda əsl demokratiya məhz Bidzina İvanişvili tərəfindən yaradıldı.
“Onun siyasətə gəlməsi haqqında ilk bəyanat verdiyində, kimsə inanmırdı ki, sabiq rejimi dəyişdirmək və demokratik cəmiyyət yaratmaq mümkündür, amma cənab Bidzina İvanilşvili qoyduğu məqsədə nail oldu və bundan sonra, biz əldə etdiyimiz nailiyyətləri qorumaqla qalmayıb, onları daha da möhkəmləndirəcəyik” – dedi İrakli Kobaxidze.
İrakli Kobaxidze bəyan etdi ki, iqtidar partiyasının prezident seçkilərində də qalib gələcəyindən əmindir.
Parlament sədrinin bəyanatına görə, prezident seçkilərindən sonra, partiya islahatlarının ikinci dalğası planlaşdırılıb, hansı ki, “Gürcü Arzusu”-nun tamamilə Avropa tipli siyasi qüvvə olmasını təmin edəcək.