İrakli Kobaxidze - Bidzina İvanişvili partiyamızda islahatların yeni dalğasına rəhbərlik edəcək
İrakli Kobaxidze - Bidzina İvanişvili partiyamızda islahatların yeni dalğasına rəhbərlik edəcək

Partiyamıza dəyişikliklərin və islahatların yeni dalğası lazımdır ki, siyasi birləşməmiz son olaraq formalaşsın, – bu bəyanatı “Gürcü Arzusu”-nin icraçı katibi İrakli Kobaxidze verdi.

Onun dediyinə görə, məhz bu baxımdan, partiya həyatına sədr ranqında Bidzina İvanişvilinin qoşulması vacibdir.

Öz vəzifəsi ilə bağlı suallara İrakli Kobaxidze cavab verdi ki, teoretik olaraq, heç birşeyi istisna etmək olmaz. Onun dediyinə görə, partiya iclasında siyasi şuranın üzvləri təqdim ediləcək.

Kobaxidzenin dediyinə görə, Bidzina İvanişvili partiya islahatların yeni dalğasına rəhbərlik edəcək.

Kobaxidze bəyan edir ki, Bidzina İvanişvilinin partiya sədri olmaq qərarı, partiyada yaranan vəziyyətlə bağlı deyil.

“Bugün söhbət sadəcə ondan gedir ki, Bidzina İvanişvili, partiyanın sədri olaraq, siyasi proseslərə qayıdacaq” – dedi İrakli Kobaxidze.