İrakli Kobaxidze – bəzi insanların nöqteyi-nəzərindən müəyyən imtiyazlar, o cümlədən səfərlər məhkəmənin müstəqilliyinə müdaxilə vasitəsi kimi qəbul edilir ki, bu da çox pis praktikadır

12:45, 31.03.2024

Bəzi insanların nöqteyi-nəzərindən müəyyən imtiyazlar, o cümlədən səfərlər məhkəmənin müstəqilliyinə müdaxilə vasitəsi kimi qəbul edilir, bu, çox pis praktikadır, bu praktikanın qarşısı alınmalıdır, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində bildirib.

“Müəyyən növ imtiyazlardan məhkəmələrin müstəqilliyinə mane olmaq üçün istifadə edilməsi məqsədəuyğun deyil. Hakim Çxikvadzenin işini xatırlayırsınız, o zaman ondan konkret bir iş üzrə məruzə etməyi tələb etdilər və sonra ştatlardan birinə səfərini ləğv etdilər. Bu konkret fakt onu göstərir ki, bəziləri nöqteyi-nəzərindən müəyyən imtiyazlar, o cümlədən səfərlər, məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə vasitəsi kimi qəbul edilir ki, bu da çox pis praktikadır. Bu praktikaya son qoyulmalıdır”, – deyə baş nazir bildirib.

Oxşar