İrakli Kobaxidze – Beynəlxalq tərəfdaşların gündəmi dəyişmək və ölkəmizdə qütbləşmə dərəcəsini azaltmaq istəyi var
“Gürcü arzusu”nun nümayəndələrinin Strasburqda Avropa Parlamentinin deputatları ilə görüşləri davam edir.
Partiyanın sədri İrakli Kobaxidze deyir ki, görüşlərdə bütün aktual mövzular müzakirə olunub.
“Biz daxili siyasətlə bağlı bütün mövzuları, o cümlədən Saakaşvili məsələsini – onun köçürülməsi, aclıq aksiyasə məsələsini danışdıq. Ümumilikdə daxili siyasətdən, onun inkişaf perspektivlərindən danışdıq, daxili siyasətin inkişafını necə görürük, məlumatlarımızı paylaşdıq. Biz bütün dostlarımızdan, beynəlxalq tərəfdaşlarımızdan gündəmi dəyişməsini və ölkəmizdə, siyasi sistemdə qütbləşmə dərəcəsini azaltmasını istəyirik və müvafiq addımların atılması vacibdir”, – İrakli Kobaxidze media ilə söhbətində bildirib.