İrakli Kobaxidze bəyan edir ki, siyasi tərəflər arasında danışıqlar prosesində seçki qanunvericiliyi dəyişiklikləri müzakirə olunur
“Gürcü Arzusu” partiyasının icra katibi, İrakli Kobaxidzenin məlumatına görə, siyasi tərəflər arasında danışıqlar prosesində seçki qanunvericiliyi dəyişiklikləri müzakirə olunur.
İrakli Kobaxidze jurnalistlər ilə söhbəti zamanı, seçki istiqamətilə hansı dəyişikliklərin həyata keçirilməsinin planlaşdırıldığını konkretləşdirmədi.
“Seçki qanunvericiliyi dəyişiklikləri müzakirə olunur. Bu barədə bir neçə dəfər şərh verilib və indi də təsdiq edə bilərəm. Burada da detallara daxil ola bilmərəm, o cümlədən səfirlər qarşısında olan şərtlərdən irəli gələrək”, – İrakli Kobaxidze qeyd etdi.
ABŞ-ın Gürcüstandakı səfirinin iqamətgahında danışıqların üçüncü raundu keçirildi. Görüşdə müxalifətin səkkiz nümayəndəsi, “Gürcü Arzusundan” isə, Arçil Talakvadze və İrakli Kobaxidze iştirak edirdilər.