İrakli Kobaxidze bəyan edir ki, hökumətin yenidən qurulması planı üzrə məsləhətləşmələr başa çatdı
Parlamentin sədri, İrakli Kobaxidze bəyan edir ki, hökumətin yenidən qurulması planı üzrə məsləhətləşmələr başa çatdı.
Kobaxidzenin dediyinə görə, baş nazir və parlament çoxluğu arasında əsas məsələlər üzrə razılaşma baş tutdu.
“Baş nazir ilə birlikdə, hökumətin yenidən qurulması planı üzrə əsas məsələləri müzakirə etdik. Prinsiplər səviyysində razılaşdıq”, – İrakli Kobaxidze Birinci Kanal ilə söhbəti zamanı bəyan etdi.
Baş nazir, Mamuka Baxtadze parlament çoxluğu ilə məsləhətləşmələri üç gün ərzində aparırdı.