İrakli Kobaxidze - Bayden Ukraynanın NATO-ya daxil olması üçün islahatlara ehtiyac duyulduğunu dedi, islahatlar baxımından biz Ukraynadan və NATO-ya daxil olmaq istəyən digər ölkələrdən xeyli irəlidəyik

İki-üç gün əvvəl Bayden Ukraynanın NATO-ya daxil olması üçün islahatlara ehtiyac duyulduğunu dedi, islahatlar baxımından biz Ukraynadan və NATO-ya daxil olmaq istəyən digər ölkələrdən xeyli irəlidəyik-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.

Kobaxidze bildirib ki, səbəb siyasidir, 2008-ci ildə də siyasi idi və bu gün də siyasidir.

“O zaman bizə nə MAP , nə də başqa bir şey verildi. Saakaşvili çıxıb deyirdi ki, MAP-dan yaxşısını veriblər, yalan danışırdı. Məsələ nə idi ?- ölkə müharibədən keçəndə belə bizə MAP-ın verilməməsinin siyasi səbəbi var idi. Mən dərinə getmək istəmirəm, səbəbləri bir çox ekspertlər izah edir. Məsələn, Ukrayna NATO-nun üzvü olsaydı, bu müharibə Ukraynada baş verməzdi və sərbəst şəkildə baş verərdi, amma təəssüf ki, siyasi qərar belə idi və belə də oldu” -deyə Kobaxidze qeyd edib.