İrakli Kobaxidze baş nazir vəzifəsində ilk səfərini Brüsselə edəcək
İrakli Kobaxidze Gürcüstanın Baş naziri vəzifəsində ilk səfərini Brüsselə edəcək. Bu barədə İrakli Kobaxidzenin rəhbərlik etdiyi Gürcüstan hökumətinə etimadın göstərildiyi parlamentdə keçirilən səsvermədən sonra jurnalistlərə Kobaxidze açıqlayıb.
Yeni baş nazirin Brüsselə səfəri fevralın 20-21-də baş tutacaq.
“Prinsipcə, fevralın 20-21-də Brüsselə səfər artıq planlaşdırılıb. Bu həm Avropa İttifaqına, həm də NATO-ya aiddir. Artıq gündəm də yazılıb. Müvafiq olaraq, ilk səfər Brüsselə ediləcək” – Kobaxidze qeyd edib.