İrakli Kobaxidze baş nazir kimi Brüsselə ilk səfərinə yollanıb
İrakli Kobaxidze baş nazir kimi Brüsselə ilk səfərinə yollanıb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsselə ilk səfərinə yollanıb.

Səfər çərçivəsində baş nazir Avropa İttifaqı və NATO-da ikitərəfli görüşlər planlaşdırıb.

Baş nazirin mətbuat xidmətinin yaydığı məlumat üzrə, İrakli Kobaxidze Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının 8-ci iclasında iştirak edəcək, ondan sonra da baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell və Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varhei ilə birgə mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində hökumət başçısı NATO-nun baş katibi ilə görüş keçirəcək, həmçinin NATO-Gürcüstan Komissiyasının iclasında iştirak edəcək.

Baş nazir Brüsselə tərkibinə birinci vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili; Vitse baş nazir, müdafiə naziri İrakli Çikovani; Xarici işlər naziri İlia Darçiaşvili və barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin daxil olduğu hökumət nümayəndə heyəti ilə birlikdə yollanıb.