İrakli Kobaxidze - Baqebi və Universitet küçəsini birləşdirən yeni körpü şəhərin daha da inkişaf etməsinə təkan verəcək
İrakli Kobaxidze - Baqebi və Universitet küçəsini birləşdirən yeni körpü şəhərin daha da inkişaf etməsinə təkan verəcək

 
Baqebi və Universitet küçəsini birləşdirən yeni körpü şəhərin daha da inkişaf etməsinə təkan verəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Baqebi və Universitet küçəsini birləşdirən yeni körpünün açılış mərasimində deyib.

Baş nazir, layihənin xüsusi zövqlə icra edildiyini və həyata keçirildiyini bildirib.

“Sizi bu möhtəşəm gün, bu möhtəşəm layihənin- Baqebinin avtomobil körpüsünün açılışı münasibətilə təbrik edirəm. Bu ərazinin bir neçə il əvvəl şəhərimizdə tamamilə inkişaf etməmiş, boz sahə olduğunu xatırlayıram. İlk infrastruktur layihələri həyata keçirildikdən sonra şəhərin bu ərazisi öz görkəmini tamamilə dəyişdi, ətrafında bütün məkan inkişaf etdi. Bu, şəhərimiz üçün olduqca vacibdir və bu layihə də şəhərin daha da inkişafına təkan verəcək. Bu gün münasibəti ilə Tbilisi sakinlərini, paytaxtımızın inkişafına sevinən hər kəsi təbrik etmək istərdim. Qeyd etmək istərdim ki, hər zaman olduğu kimi, bu layihə də xüsusi zövqlə icra edilib, həyata keçirilib və bunun üçün, şəhərin meri Kaxa Kaladzeyə və meriyanın bütün kollektivinə xüsusi təşəkkür düşür. Eləcə də, çətin, lakin olduqca maraqlı olan bu möhtəşəm layihənin həyata keçirilməsində iştirak edən hər bir insana təşəkkür etmək istərdim. Mən hamınıza uğurlar arzulamaq istərdim və bu möhtəşəm layihənin bu gün başa çatması münasibətilə sizi bir daha təbrik edirəm”- deyə İrakli Kobaxidze açıqlayıb.