İrakli Kobaxidze - Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir, bizim üçün ən vacibi əməkdaşlığı daha da dərinləşdirməkdir
İrakli Kobaxidze - Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir, bizim üçün ən vacibi əməkdaşlığı daha da dərinləşdirməkdir

Gürcüstanı və Azərbaycanı, bizim xalqlarımızı çoxəsrlik, tarixi dostluq birləşdirir və bu, iki dövlətimiz arasında strateji tərəfdaşlığın əsasını təşkil edən möhkəm təməldir”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Zaqulba sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə bəyanatında bildirib.

Kobaxidzenin qeyd etdiyi üzrə, o əmindir ki, ölkələr arasında münasibətlər məhz bu ruhda davam edəcək.

“Azərbaycan Respublikasında ilk dəfə Baş nazir kimi olmaq mənim üçün böyük şərəfdir. Bu görüşü vəzifəyə gəldikdən qısa müddət sonra Azərbaycana təşkil etmək bizim üçün vacib idi. Mən səmimi qonaqpərvərliyinə görə Prezident Əliyevə təşəkkür etmək istəyirəm.

Prezident İlham Əliyev ölkələrimizin və xalqlarımızın çoxəsrlik, tarixi dostluğun birləşdirdiyini qeyd etdi və bu, əlbəttə ki, iki dövlətin arasında strateji tərəfdaşlığın əsasını qoyan möhkəm təməldir. Əminəm ki, əlaqələrimiz məhz bu ruhda davam edəcək.

Bu gün bizim siyasi, iqtisadi, mədəni əməkdaşlığımız çox yüksək səviyyədədir və bu münasibətlərdə yaxşı dinamikamız var. Bizim üçün əsas odur ki, bu dinamikanı qoruyub saxlayaq, ölkələrimiz arasında münasibətləri, əməkdaşlığı daha da dərinləşdirək.

Siyasi tərəfdaşlığın vacibliyini bir daha vurğulayacağam. Mən Azərbaycana, Prezident Əliyevə suverenliyimizə və ərazi bütövlüyümüzə verdiyi çox güclü dəstəyə, bu gün bir daha bu dəstəyi ifadə etdiyinə görə təşəkkür etmək istəyirəm. “Gürcüstan həmişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün çox güclü tərəfdarı olub”, – deyə İrakli Kobaxidze bildirib.

Bununla yanaşı, Kobaxidzenin qeyd etdiyi üzrə, İlham Əliyevlə təkbətək görüşdə qlobal-siyasi prosesləri və bölgədə mövcud prosesləri müzakirə ediblər.

“Görüşdə çox xoş, səmərəli söhbətimiz oldu. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müxtəlif məsələləri müzakirə etdik. Qlobal-siyasi proseslər, bölgədə mövcud proseslər barədə da söhbətimiz oldu. Təbii ki, bütün bu məsələlərdə ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq çox vacibdir. Sülh və sabitlik xüsusi diqqət tələb edən bir şeydir, ölkəmizin münasibəti həmişə belə olub. Biz həmişə bölgəmizdə sülhün və sabitliyin təmin olunmasına mümkün qədər töhfə verməyə çalışmışıq. Təbii ki, biz gələcəkdə də bu yanaşma ilə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə İrakli Kobaxidze bildirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Azərbaycan Respublikasına rəsmi səfər edib.

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan hökumətinin başçısını Azərbaycan Respublikasının vitse baş naziri Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər naziri İlia Darçiaşvili daxildir.