İrakli Kobaxidze - Azərbaycan təkcə yaxşı dost deyil, həm də çox yaxşı strateji tərəfdaşdır və bu tərəfdaşlığı daha da dərinləşdirmək bizim prioritetimizdir
İrakli Kobaxidze - Azərbaycan təkcə yaxşı dost deyil, həm də çox yaxşı strateji tərəfdaşdır və bu tərəfdaşlığı daha da dərinləşdirmək bizim prioritetimizdir

Bizim üçün Azərbaycan Respublikası təkcə yaxşı dost deyil, həm də çox yaxşı strateji tərəfdaşdır və bu strateji tərəfdaşlığı daha da dərinləşdirmək bizim prioritetimizdir. – Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra birgə bəyanatı zamanı qeyd edib.

Kobaxidzenin dediyi kimi, onun Azərbaycan prezidenti ilə çox maraqlı ikitərəfli görüşü olub, burada həm ikitərəfli əməkdaşlıq, həm də regiondakı siyasi proseslər müzakirə olunub.

“Bizim çox maraqlı ikitərəfli görüşümüz oldu, burada iki ölkə arasında ikitərəfli əməkdaşlıqdan danışdıq, o cümlədən regionda baş verən siyasi prosesləri, qlobal miqyasda baş verən siyasi prosesləri müzakirə etdik. Təbii ki, bu siyasi proseslər ölkələrimizin siyasi mövqelərinə təsir edir və bu baxımdan bütün çağırışların öhdəsindən birgə gəlmək vacibdir. İkitərəfli görüşümüzdə də bu barədə danışdıq. Cənubi Qafqazda sülh və sabitlik xüsusilə vacibdir. Biz bir daha bəyan edə bilərik ki, imkan daxilində regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə maksimum töhfə verməyə hazırıq”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın iqtisadi aspekti çox vacibdir.

“Prezident ölkələrimizin iştirakı ilə həyata keçirilən strateji layihələrdən bəhs etdi və bu layihələrin strateji, iqtisadi və siyasi əhəmiyyəti var. Gələcəkdə belə layihələrin daha da inkişaf etdirilməsi və yeni layihələrə start verilməsi çox vacibdir. Bizim üçün Azərbaycan Respublikası təkcə yaxşı dost deyil, həm də çox yaxşı strateji tərəfdaşdır və bu strateji tərəfdaşlığı daha da dərinləşdirmək bizim üçün prioritetdir və bu baxımdan iqtisadi əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”. – İrakli Kobaxidze dedi.