Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasında rəsmi səfərdədir.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, Bakının Heydər Əliyev adına beynəlxalq hava limanında Gürcüstan hökumətinin başçısını Azərbaycan Respublikasının vitse baş naziri Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqulba sarayında təkbətək görüşdə qəbul edəcək, bundan sonra liderlər mediaya açıqlamalar verəcəklər.
Rəsmi səfər çərçivəsində Gürcüstan hökumətinin başçısının Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşü keçiriləcək.
Baş nazir nümayəndə heyəti ilə birlikdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edəcək və “Əbədi məşəl” memorialının önünə əklil qoyacaq.
Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər naziri İlia Darçiaşvili daxildir.