İrakli Kobaxidze Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
İrakli Kobaxidze Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb.

Gürcüstanın Hökumət Administrasiyasının məlumatında, tərəflərin Gürcüstan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə etdikləri deyilir.

Görüşdə regionda sabitliyin və uzunmüddətli sülhün vacibliyi vurğulanıb. Söhbət zamanı ölkələr arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələrə toxunulub.

Gürcüstan hökumətinin başçısı Azərbaycan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib. Bundan əlavə, Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəti dəstəyi qeyd edilib.