İrakli Kobaxidze - Avropalı tərəfdaşlarımızdan əldə etdiyimiz məlumata görə, gələn ilin dekabrında Avropa Komissiyası və Avropa Şurası səviyyəsində Gürcüstan üçün danışıqların açılması məsələsinin müzakirəsi planlaşdırılır

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze dekabrda Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqların açılması məsələsinin müzakirəsinin planlaşdırıldığını bildirib.

Kobaxidze tövsiyələrin yerinə yetirilməsi üzrə işlərə başlanıldığını və danışıqların bir ildən sonra açılacağına ümidvar olduğunu bildirib.

“Ukrayna və Moldovaya ötən ilin iyununda namizəd statusu verilib və il yarımdan sonra danışıqlar başlayıb. Bizdə isə danışıqların daha tez açılacağını düşünürük. Avropalı tərəfdaşlarımızdan əldə etdiyimiz bilavasitə məlumata görə, dekabrda bu məsələni Avropa Komissiyası və Avropa Şurası səviyyəsində müzakirəsi planlaşdırılır. Yəni statusun verilməsindən bir il sonra söhbət gələn ilin dekabrından gedir. Bir il ərzində qərar verilməlidir. İşə başlanılıb və ümid edirik ki, bir ildən sonra danışıqlar açılacaq” – Kobaxidze Gürcüstanın Birinci Kanalının “Müstəqil baxış” proqramında açıqlayıb.