İrakli Kobaxidze - Avropa Şurasının baş katibi ilə çox məhsuldar görüşümüz oldu, razılaşdıq ki, ölkəmizlə Avropa Şurası arasında sıx əməkdaşlıq davam edəcək
Avropa Şurasının baş katibi ilə çox mehriban, məhsuldar görüşümüz oldu, razılaşdıq ki, ölkəmizlə Avropa Şurası arasında sıx əməkdaşlıq davam edəcək. – Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Şurasının baş katibi Alan Berse ilə görüşdən sonra məlumat verib.
Baş nazirin sözlərinə görə, 90-cı illərdən Gürcüstan və Avropa Şurası sıx əməkdaşlıq edir.
“Onun Gürcüstana səfəri çox önəmlidir. Çox mehriban, çox məhsuldar görüş keçirdik, ölkədə gedən proseslərdən, Gürcüstanla Avropa Şurası arasında əməkdaşlıqdan danışdıq. Biz razılaşdıq ki, ölkəmizlə Avropa Şurası arasında sıx əməkdaşlıq davam edəcək. 90-cı illərdən bizim çox sıx əməkdaşlığımız olub. Bu əməkdaşlığın mümkün qədər fəal davam etməsi bizim marağımızdır. Bunda cənab Baş katibin rolu xüsusidir və biz əminik ki, ölkəmiz şəxsən cənab Allan Bersenin bütün istiqamətlərdə dəstəyini qazanacaqdır”. – Kobaxidze bildirib.