Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində, Gürcüstan Parlamentinin çoxluğu lideri, Avropa Şurası Parlament Assambleyasının vitse-spikeri, İrakli Kobaxidze Avropa Şurasının baş katibi, Mariya Peyçinoviç Buriç ilə görüşdü.
Avropa Şurası Parlament Assambleyasında Gürcüstan Parlamentinin daimi fəaliyyət göstərən nümayəndə heyətinin rəhbəri, Kaxa Kuçavanın bəyan etdiyinə görə, Avropa Şurasının baş katibi ilə çox maraqlı görüş baş tutdu, görüş zamanı cari siyasi proseslər barəsində də söhbət oldu.
“O, ilk növbədə İrakli Kobaxidzeni partiyanın sədriliyi münasibətilə təbrik etdi. O, Gürcüstanda cari siyasi proseslər barəsində çox yaxşı məlumatlandırlıb və ümidvar olduğunu ifadə etdi ki, sonrakı sessiyada, apreldə nümayəndə heyətinin tam tərkibini görəcəyik və müxalifət nümayəndələri, Avropa Şurası Parlament Assamleyasında, eləcə də Gürcüstan Parlamentində təmsil olunacaqlar. Onun bizim planlarımız barəsində çox yaxşı məlumatı var, o cümlədən 2024-cü ildə Avropa İttifaqının tam üzvlüyü barəsində bəyanatın daxil edilməsi haqqda. Həmçinin yazda etdiyimiz qanunvericilik dəyişiklikləri barəsində çox yaxşı məlumatlandırılıb. Onu çox yaxşı alqışlayırlar. Eləcə də seçki sisteminin daha da təkmilləşdirilməsi üçün planlaşdırlmış dəyişiklikləri alqışlayırlar”, – Kaxa Kuçava bəyan etdi.