İrakli Kobaxidze Avropa Su İdmanı Federasiyasının prezidenti ilə görüşüb
İrakli Kobaxidze Avropa Su İdmanı Federasiyasının prezidenti ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio da Silva ilə görüşüb.

İclasda 2025-ci ildə Gürcüstanın dünyanın 52 ölkəsinin milli federasiyalarının prezidentləri və nümayəndələrinin iştirak edəcəyi Su İdmanı Federasiyasının Konqresinə ev sahibliyi edəcəyi açıqlanıb. Həmçinin 2028-ci ildə Gürcüstanda su polosu üzrə Avropa çempionatının keçirilməsi imkanlarını müzakirə ediblər. Tərəflər bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Çempionata uyğun infrastrukturun inkişaf etdirilməsinin zəruriliyinə diqqət yetirilib. Qeyd olunub ki, 2028-ci ilə qədər Gürcüstanda müasir tipli su idman kompleksi yaradılacaq, burada həm su polosu, həm də müxtəlif su idman növləri üzrə dünya və Avropa səviyyəli yarışlar keçirmək mümkün olacaq.

Antonio da Silva görüşə və idmanın bu növünə dəstəyə görə hökumət başçısına minnətdarlığını bildirib.

Bu barədə məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.