İrakli Kobaxidze - Avropa Komissiyasının yekun məruzəsinə əsasən, ilin sonuna qədər həyata keçirilən işlər haqqında hesabat təqdim etmək öhdəliyimiz var, bu vaxt üçün müvafiq şəkildə hazırlanmış olacağıq

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, Avropa Komissiyasının sənədindəki 12 bənddən müəyyən məsələlər üzərində artıq iş aparılır, çünki bu bəndlər Assosiasiya Sazişinin tərkib hissəsidir.

Onun sözlərinə görə, ilin sonuna kimi müvafiq şəkildə hazırlanmış olacaqlar.

“Ümumilikdə 12 bənd var, o cümlədən bir neçə bənddə müxtəlif sahələrdə həyata keçirilməli olan islahatlardan bəhs olunur. Bu bəndlərin Assosiasiya Sazişinin tərkib hissəsi olmasından irəli gələrək, artıq müəyyən mövzular üzərində iş aparılır. Hər bir bənd bizimlə Aİ arasında razılaşdırılıb və əvvəllər də Assosiasiyanın gündəliyində olub. Bundan irəli gələrək, bu işlər aparılacaq və davam etdiriləcək. Avropa Komissiyasının yekun məruzəsinə əsasən, ilin sonuna qədər həyata keçirilən işlər haqqında hesabat təqdim etmək öhdəliyimiz var, bu vaxt üçün müvafiq şəkildə hazırlanmış olacağıq” – deyə İrakli Kobaxidze bildirib.