İrakli Kobaxidze Avropa Komissiyasının Baş direktoru Qert Yan Kopmanla görüşüb
İrakli Kobaxidze Avropa Komissiyasının Baş direktoru Qert Yan Kopmanla görüşüb

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Qert Yan Kopmanla görüşüb.

Gürcüstan hökumətinin məlumatına əsasən, söhbətdə Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlığa, o cümlədən namizəd statusunun verilməsinin sonrakı prosesinə, üzvlüklə bağlı danışıqların başlanmasının vacibliyinə və Avropa Komissiyasının müəyyən etdiyi doqquz addımı yerinə yetirmək yolunda Gürcüstanın əldə etdiyi irəliləyişə toxunulub.

“Söhbətin mövzularından biri də “Xarici təsirin şəffaflığı haqqında”qanun layihəsi olub. Qeyd olunub ki, qanun layihəsinin yeganə məqsədi şəffaflıqdır və o, qeyri-hökumət təşkilatlarının üzərinə yeganə öhdəliyi  –  hər il alınan maliyyə vəsaitini bəyan etməyi qoyur.

Baş nazir vurğulayıb ki, Avropa İttifaqına üzvlük Gürcüstan hökumətinin xarici siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə islahatlar davam etdiriləcək. İrakli Kobaxidze hökumətin bu prosesdə Avropa İttifaqı institutları və üzv ölkələrlə sıx əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib”, – Gürcüstan hökumətinin məlumatında qeyd olunub.