İrakli Kobaxidze - Avropa İttifaqının liderləri ölkəmizə münasibətdə olduqca mehriban əhvali-ruhiyyə ifadə etdilər, üzvlüyün sonrakı səviyyəsinin ilin sonuna kimi reallaşacağına böyük ümidlər bəsləyirik
Hər şey edilməlidir ki, biz bu il yeni mərhələyə, yəni Aİ-yə üzvlüklə bağlı danışıqların açılmasına keçək – Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu haqda jurnalistlərə açıqlayıb.
İrakli Kobaxidze Brüsselə rəsmi səfərini yekunlaşdırıb.
“Görüşlər, bu iki gün əslində göstərdi ki, biz çox yaxşı irəliləyiş əldə etmişik, tendensiya çox yaxşıdır. Sonda hər şey edilməlidir ki, biz bu il yeni mərhələyə, yəni Aİ-yə üzvlüklə bağlı danışıqların açılmasına keçək.
Bu iki gün bizə nikbinlik üçün xüsusi səbəb verir, çünki Avropa İttifaqının liderləri ölkəmizə münasibətdə olduqca mehriban əhvali-ruhiyyə ifadə etdilər. Müvafiq olaraq, üzvlüyün sonrakı səviyyəsinin ilin sonuna kimi reallaşacağına böyük ümidlər bəsləyirik”- deyə İrakli Kobaxidze bildirib.