İrakli Kobaxidze ATƏT-in hazırki sədri Yan Borce ilə görüşdü
İrakli Kobaxidze ATƏT-in hazırki sədri Yan Borce ilə görüşdü

Gürcüstanın baş naziri İrakli Kobaxidze ATƏT-in hazırki sədri ilə, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borce ilə görüşdü.

Hökumətin başçısı səfərin əhəmiyyətini vurğuladı və Maltanın sədrliyi dövründə ATƏT ilə sıx əməkdaşlığa hazır olduğunu bir daha təsdiq etdi.

Söhbətdə cari ildə Gürcüstanda keçiriləcək parlament seçkilərinə toxunuldu. Hökumət başçısının sözlərinə görə, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsi Gürcüstan hökuməti üçün xüsusi əhəmiyyət kəsb edən prioritetdir və beynəlxalq müşahidəçilərin, o cümlədən ATƏT-in qurumlarının nümayəndələrinin geniş şəkildə içtirak etməsinə dəstək verməyə hazırdır.

Görüş zamanı Malta ilə ikitərəfli münasibətlərə də diqqət yetirildi. Baş nazir ATƏT-in müxtəlif formatlarında Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və tanınmama siyasətini dəstəklədiyinə görə Maltaya təşəkkür erdi.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.